“Azərbaycan Xalq Cumhuriyyəti – Əhməd Cavad şəxsiyyəti”
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar silsilə maarifləndirici tədbirlər keçirmək üçün Bakı İdarəetmə və Texnologiya Kollecinin (BİTKol) kollektivi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə fəaliyyətə start verib.
Həmin fəaliyyət çərçivəsində aprelin 27-də BİTKol-un akt zalında “Cümhuriyyət dövrü-Əhməd Cavad şəxsiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Əhməd Cavad şəxsiyyətinin tədqiqatçısı, Əməkdar mədəniyyət işçisi Rəhman Salmanlı geniş məruzə ilə çıxış edib.
Daha sonra fondun sektor müdiri Hacı Abdulla bu səpgidə mövzulara həsr olunmuş geniş layihələrdən söz açaraq mütəmadi olacağını bildirib.
Tədbir tələbələrin suallarını cavablandırmaqla yekunlaşıb.