Ulu Öndərin anadan olmasının 95-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib

Aksiya zamanı 2 minə yaxın ağac əkilib

Mayın 1-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə partiyanın ilk-ərazi təşkilatının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Zığ dairəsi- Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında keçirilən aksiyada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı idarə heyətinin üzvləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, bu cür tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Bu aksiyanın məqsədi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi əhəmiyyətli layihələrə dəstək verməkdir.

O qeyd edib ki, Bakıda, o cümlədən Abşeron yarımadasında meşə zolaqlarının salınması ictimai xadim, coğrafiyaşünas Həsən Əliyevin misilsiz xidmətləri olub.

Aksiya zamanı müxtəlif növdə 2 minə yaxın ağac əkilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 67
  • 58
  • 708
  • 4,482
ILK-10 Azeri Website Directory