Səyyar qəbulda 65-ə yaxın sakinin müraciəti dinlənilib

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vətəndaşların səyyar qəbulunu keçirib. Şəhərin Gülüstan qəsəbəsi, Aydın Nəbiyev küçəsində baş tutan qəbulda 65-ə yaxın sakinin müraciəti və təklifi dinlənilib.

Qəbulda iştirak edən sakinlər arasında ərazidə məskunlaşan Kəlbəcərli məcburi köçkünlər də olub. Səslənən müraciətlər sırasında işlə təminat, əraziyə su və kanalizasiya xətlərinin çəkilməsi, qaz pulu borclarının silinməsi kimi məsələlər üstünlük təşkil edib. Bunlarla yanaşı nasaz elektrik dirəklərinin yenilənməsi, 14 saylı xətt üzrə işləyən marşrut sayının artırılması, yeni dayanacaqların quraşdırılması da xahiş olunub. Ərazidə yaşayan Kəlbəcərdən olan məcburi köçkünlərin məskunlaşdığı binanın təmiri də gündəmdə olan məsələlər sırasında yer alıb. Bəzi müraciətlər elə yerindəcə həllini tapıb, digərlərin araşdırılaraq həll olunması üçün müvafiq qurum və təşkilatlara göstərişlər verilib.

Qeyd edək ki, ərazidə abadlıq-quruculuq işləri həyata keçirilir, küçənin asfalt örtüyü yenilənir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 41
  • 37
  • 682
  • 4,416
ILK-10 Azeri Website Directory