Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş foto-sərgi

Qazaxda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş foto-sərgi nümayiş etdirilmişdir.

Qazax rəsm qalereyasında təşkil edilən sərgidə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü işlərdən danışmış və onun digər sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahələrində də qazanılmış uğurlarda böyük xidmətləri olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, ümummilli lider zəngin mədəni irsimizin qorunmasını vacib hesab edərək deyirdi: ”Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Onun bu arzuları bu gün uğurla həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri-teatr, kino, kitabxana və muzey irsinin inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. İndi mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, ulu öndər Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqinin, teatrin, kino sənətinin, heykəltəraşlıq və rəssamlığın, xalça sənətinin inkişafı ulu öndərin adı ilə bağlıdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən ulu öndər Heydər Əliyevin başladığı işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra layihənin rəhbəri, gənc rəssam Akif Əmirov, gənc fotoqraflar Səfiyar Məcnun və Pərvanə Mustafayeva öz çıxışlarında onların inkişafına diqqət və qayğı ilə yanaşan və yaradıcılıqlarının inkişafına şərait yaradan dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.

Sonra sərgiyə baxış keçirilmişdir. Burada ölkəmizin inkişafını, eləcə də gözəlliklərini əks etdirən foto-şəkillər tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

                                                                                        Sabir ƏLİYEV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 66
  • 57
  • 707
  • 4,481
ILK-10 Azeri Website Directory