Alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verildi

Dünən tapılmış alpinistlərin meyitləri ekspertizadan sonra ailələrinə təhvil verilib. 

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən məlumat verilib.

Meyitlər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində ekspertizadan keçirilib.Müayinələrdən sonra meyitlər ailələrinə təhvil verilərək dəfn üçün Bakıya göndərilib.

Məlumatda qeyd edilir ki, meyitlərin ilkin müayinəsi zamanı heç bir xəsarət halları aşkar edilməyib. Ekspertizanın yekun nəticələri isə laborator müayinələrdən sonra bəlli olacaq.

Xatırladaq ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmamışdılar.

Alpinistlərin meyitləri dünən axşam saatlarında tapılıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Mart 2019
S M T W T F S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 36
  • 26
  • 428
  • 1,755
ILK-10 Azeri Website Directory