Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edildi

1 İyun-Uşaqların Beynalxalq Müdafiəsi Günüdür. BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynalxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş  və elə həmin konfransda  da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınmışdır.

Bundan sonra həmin gün uşaqların müdafəsi günü kimi tarixə düşmüşdür.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da təntənə ilə qeyd edilir. 1 İyun-Uşaqların  Beynalxalq Müdafiə günü ilə bağlı İçəri bazar Turizm kompleksində rayon İcra Hakimiyyətinin dəstəyi , Mədəniyyət Turizm şöbəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “ Uşaqlar bizim gələcəyimizdir”  adlı tədbir keçirilmişdir. Tədbirdə çıxış edən  rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəfa xanım Heydərova Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş Dövlət uşaq siyasətinin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən, ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, həyata keçirilən uğurlu siyasətdən danışmışdır. O, çıxışında həmçinin Heydər Əliyev  Fondunun da bu sahədə  həyata keçirdiyi uğurlu tədbirlərdən,   həmçinin ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin olunmasından, uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil şəxsiyyət kimi yetişməsindən söz açmışdır.
Daha sonra tədbir uşaq incəsənət məktəbinin, mədəniyyət müəssisələrinin uşaq rəqs və folklor kollektivlərinin maraqlı konsert proqramı ilə davam etmişdir.
Gün ərzində Dövlət Kukla Teatrı maraqlı tamaşalarla uşaqların xidmətində olmuşdur.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 64
  • 34
  • 703
  • 4,450
ILK-10 Azeri Website Directory