Zaqatalada 6 bal gücündə zəlzələ – Yenilənib

Azərbaycanda güclü zəlzələ baş verib. 

APA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

5,5 maqnitudalı zəlzələnin ocağının 12 km dərinlikdə yerləşdiyi bildirilir.

Məlumata görə, zəlzələ episentrdə 6 bala qədər hiss olunub.

*** 23.05 

Zaqatalada güclü zəlzələ baş verib.

APA-nın AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, ilkin məlumatlara əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

5,5 maqnitudalı zəlzələnin ocağının 2 km dərinlikdə yerləşdiyi bildirilir.

*** 22.43 

Azərbaycanda güclü zəlzələ baş verib.

APA-nın xəbərinə görə, zəlzələ ölkənin əksər rayonlarında hiss olunub. Zəlzələnin episentrinin şimal-qərb bölgəsində olduğu ehtimal olunur. Güclü təkanlar daha çox Şəki, Qax, Balakən, Zaqatala rayonlarında hiss olunub.

Zəlzələ həmçinin Göyçay, Şamaxı və digər ətraf rayonlarda da hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 79
  • 40
  • 1,083
  • 3,855
ILK-10 Azeri Website Directory