Saçların uzanması üçün su içməyin böyük əhəmiyyəti var

Su dünyada mövcud olan dörd vacib ünsürdən biridir və onu əbəs yerə həyat mənbəyi hesab etmirlər. İnsan bədənində də ən çox suya tələbat duyulur.

AZƏRTAC xəbər verir ki, suyun çoxlu faydaları var və onu yalnız yay aylarında deyil, ilin bütün fəsillərində içmək lazımdır.

Ağız qoxusundan xilas olmaq üçün ən səmərəli vasitələrdən biri su içməkdir. Saçların uzanması üçün də su içməyin böyük əhəmiyyəti var.

Su orqanizmin hər bir hissəsi, o cümlədən beyin üçün çox gərəklidir. Hamiləlik dövründə xanımların daha çox su içməsi məsləhətdir. Mədə-bağırsaq sistemində olan problemlərin həllində də su vacib şərtdir.

Su içilməsi stressin də azalmasına səbəb olur. Böyrəklər isə suyun ən çox qoruduğu orqandır. Çox su içilməsi böyrək daşı yaranması riskini azaldır. Onun hər bir orqana faydası olduğu kimi ürəyə də xeyri var.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 24
  • 16
  • 599
  • 4,234
ILK-10 Azeri Website Directory