Bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayır

Növbədənkənar sessiya müddətində ümumilikdə üç plenar iclasın keçirilməsi nəzərdə tutulur.

İyunun 12-də Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk plenar iclası keçiriləcək. İclasın gündəliyinə 23 məsələ daxildir.

Bunlar “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət sirri haqqında”, “Sərhəd qoşunları haqqında”, “Dövlət sərhədi haqqında”, “Mülki müdafiə haqqında”, “Dövlət rüsumu haqqında”, “Qeyri Hökumət Təşkilatları, ictimai birliklər və fondlar haqqında”, “Siyasi partiyalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “Təhsil haqqında”, “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında”, “Bədən tərbiyyəsi və idman haqqında” və s. qanunlara, o cümlədən Əmək, Vergi məcəllələrinə dəyişiklik layihələridir.

Deputatlar yeni hazırlanan “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” (I oxunuş), “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” (III oxunuş), “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” (II oxunuş), “Məşğulluq haqqında” (II oxunuş) qanun layihələrinə də baxacaqlar.

Bundan başqa, iclasda Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Masallı, Oğuz, Saatlı Samux, Şəmkir və Yevlax rayonlarının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi də müzakirə olunacaq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 24
  • 14
  • 442
  • 1,812
ILK-10 Azeri Website Directory