Heydər Əliyev Fondu Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib

Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib.

Azərbaycan-Gürcüstan dostluğundan danışan Fuad Muradov xalqlarımız arasındakı münasibətlərin nümunə olduğunu, heç kimin bu əlaqələrə zərər vura bilməyəcəyini xüsusi qeyd edib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri hədiyyəyə görə Azərbaycan dövlətinə, Heydər Əliyev Fonduna minnətdarlıq ediblər. Bu hədiyyəni Azərbaycan dövlətinin qayğısı kimi dəyərləndiriblər.

Qeyd edək ki, avtomobil bütün lazımi, müasir texniki avadanlıqla təmin olunub.

Avtomobil reanimasiya xidmətlərini də yerinə yetirməyə qadirdir.

F.Muradov yerli sakinlərlə də görüşüb, onların qayğıları ilə maraqlanıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 51
  • 24
  • 525
  • 2,668
ILK-10 Azeri Website Directory