DGK sədri Qaxda vətəndaşları qəbul etdi

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edib. 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşü qrafikinə uyğun olaraq bu gün DGK sədri, gömrük xidməti general-leytenantı S. Mehdiyev Qax şəhərindəki Heydər Əliyev Mərkəzinin inzibati binasında Balakən, Zaqatala və Qax  rayon sakinlərini, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünləri qəbul edib, onların müraciətlərini dinləyib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri S. Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 10
  • 7
  • 667
  • 2,300
ILK-10 Azeri Website Directory