Azərbaycan Ordusu öz müqəddəs missiyasını şərəflə yerinə yetirir

İyunun 26-da Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə bayram tədbiri keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin həyətində ucaldılmış büstü önünə gül dəstələri düzülüb.

AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin 100-cü ildönümü münasibətilə şəxsi heyətə ünvanladığı məktubu oxunub, xidmətdə fərqlənən hərbi qulluqçuların mükafatlandırılması ilə bağlı əmri elan edilib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin ordu quruculuğunda əsasını qoyduğu strategiya onun siyasi kursunun layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərinin xüsusi diqqət və qayğısı sayəsində son illər silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş və mənəvi-psixoloji hazırlığının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Gündən-günə güclənən, qüdrətlənən Azərbaycan Ordusu dövlətimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanaraq, öz müqəddəs missiyasını şərəflə yerinə yetirir. Aprel döyüşləri və nəhayət, bu il Naxçıvanda Günnüt zəfəri Azərbaycan Silahlı Qüvvələrinin gücünün praktik təsdiqidir.

Digər çıxış edənlər bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıblar.

Sonra xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi geniş konsert proqramı ilə davam edib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 100
  • 17
  • 410
  • 1,407
ILK-10 Azeri Website Directory