Əmək və əhalinin sosial müdafiəsi naziri Lənkəranda vətəndaşları qəbul edəcək

İyulun 20-də Lənkəranda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vətəndaşları fərdi qaydada qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, görüşdə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinləri iştirak edə bilər.

Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) və 142 – Çağrı mərkəzi ilə əlaqə saxlayaraq iyulun 17-dək qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

C.ABASOV

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 75
  • 36
  • 1,079
  • 3,851
ILK-10 Azeri Website Directory