102 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salındı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, bu təbəqədən olan şəxslərdən daha 102 nəfəri Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərib.

Nazirlikdən verilən məlumata görə, yola salınan əlilliyi olan şəxslər onların sosial müdafiəsinin gücləndirilməsi, tibbi-sosial reabilitasiya imkanlarının artırılması, habelə yaz-yay mövsümündə istirahət etmələrinə şərait yaradılması üçün aparılan işlərə görə prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2018-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, bu il 1100 nəfər əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub.

Onlardan artıq 595 nəfəri Lənkəran, Quba, Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilib. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və istirahət müddətindən sonra geri qaytarılması xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir.

CEYHUN

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Mart 2019
S M T W T F S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 37
  • 27
  • 429
  • 1,756
ILK-10 Azeri Website Directory