Kürdəmir rayon Axtaçı kəndində səyyar görüş-qəbul keçirilb

İyulun 12-də  Kürdəmir  Rayon  İcra  Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun  Axtaçı  kənd  inzibati  ərazi  dairəsinin  Axtaçı-Qarabucaq və Axtaçı kəndlərinin sakinləri ilə səyyar görüş-qəbulu keçirilib.

Rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi görüşdə Rayon İcra Hakimiyyətinin başçısı çıxış  edərək  Kürdəmir rayonunda və Axtaçı kənd  inzibati  ərazi  dairəsində  sosial-iqtisadi  sahədə  görülən  işlər  barədə  ətraflı  məlumat  verib.  Ceyhun Cəfərov  əhalinin  fasiləsiz  elektrik  enerjisi,  təbii  qaz  və içməli su ilə təchizatı vəziyyətinin,  kənd təsərrüfatı,  məşğulluq,  təhsil,  səhiyyə, yol  infrastrukrurunun  yaxşılaşdırılması  və aparılan digər mədəni-quruculuq  layihələrdən  danışıb, həyata keçirilən tədbirlərdən söhbət açıb.
Kənd  sakinləri  təbii qaz,  enerji  və su  təchizatı, sosial  müdafiə, kənd  təsərrüfatı,  təhsil,   mədəniyyət,  səhiyyə,  məşğulluq   məsələləri  ilə bağlı rəy və təkliflərini veriblər. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda Ceyhun Cəfərov görüşdə səsləndirilmiş təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 5
  • 4
  • 396
  • 2,101
ILK-10 Azeri Website Directory