Qarpız ən yaxşı çimərlik qidasıdır

Qarpız yay fəslinin ən sevimli qida məhsullarından biridir. Orqanizm üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə kömək edir, qanı durulaşdırır.

AZƏRTAC xəbər verir ki, aparılan araşdırmalar qarpızın ən yaxşı çimərlik qidası olduğunu müəyyən edib.

Qarpızın tərkibində olan bir sıra maddələr insan orqanizminin temperaturunu aşağı salır, təzyiqi tənzimləyir. Ona görə də qarpız yeyilməsi günvurma ilə üzləşmək təhlükəsini azaldır. Tərləməni tezləşdirən qarpız eyni zamanda istiyə, eləcə də günvurmaya davamlılığı da artırır.

Yaraların tez sağalmasında da qarpızın müsbət rolu var. Bostan bitkisi A vitamini deposu olmaqla dəri, diş və sümüklərin sağlam və cavan qalmasına kömək edir. Onun tərkibindəki amin turşusu böyrəklər üçün çox faydalıdır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 14
  • 10
  • 2,211
  • 4,310
ILK-10 Azeri Website Directory