Gəncə hadisələri ilə əlaqədar daha dörd nəfər həbs edilib

İyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət hadisəsi ilə əlaqədar iyulun 16-da daha dörd nəfər həbs edilib.
 Hüquq mühafizə orqanlarından AZƏRTAC-a bildiriblər ki, həbs olunanlardan Qurbanov Ceyhun Ələkbər oğlu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi və gələcəkdə barələrində terror aktı törədilməsi nəzərdə tutulmuş digər şəxsləri izləməkdə və onlar barədə məlumatları Yunis Səfərova çatdırmaqda təqsirləndirilir. C.Qurbanov Yunis Səfərovun yaxın qohumudur.

Həbs edilmiş digər şəxslər isə iyulun 10-da Gəncədə baş vermiş hadisənin fəal iştirakçıları Allahverdiyev Vüqar Rauf oğlu, Həsənov Ülvi Saləddin oğlu və Şəmkir rayonundan kriminal yönümlü bir neçə şəxsin kütləvi iğtişaşda iştirak etməsi üçün Gəncəyə aparılmasını təşkil etmiş Yusifov Alim Vahid oğludur.

© İstifadə edilərkən “Xalq qəzeti”nə istinad olunmalıdır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 24
  • 14
  • 442
  • 1,812
ILK-10 Azeri Website Directory