Gəncə və Göy göl məktəbliləru ADAU ilə tanışlıqdan razı qalıb

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Aqrar Universitetində fəaliyyət göstərən Aqrar İnkişaf Könüllülərinin “Aqrar təhsilin təbliği” layihəsi çərçivəsində olan məktəblilərin təhsil müəssisəsi ilə tanışlığı davam edir.

ADAU ilə tanışlıq orta məktəbin buraxılş sinif şagirdlərində böyük təəssürat yaradır, onlar ali təhsil ocağı iıə bağlı daha çox məlumat əldə edirlər.

Təhsil müəssisəsinin bu dəfəki qonaqları Gəncənin 15 və 17, bir də Göygöl məktəbliləri olub. 

Hər tanışlıq əslində orta məktəblə ali təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlıq deməkdir, ünsiyyət və bilgiləndirmə vasitəsidir. Bu cür tanışlıqların isə şagirdlərdə böyük təəssürat yaratdığı göz qabağındadır. Həm də yuxarı sinif şagirdlərində gələcək ixtisas seçimi üçün fikir formalaşdırır.

Şagirdlər tanışlıqdan məmun qalıb, universitet haqqında tam, dolğun məlumatlar əldə ediblər. Təhsil şəraiti və maddi-texniki bazası bütün tələblərə cavab verən universitet indi tək respublikada deyi, onun hüdudlarından kənarda da yaxşı tanınır. Yeni laboratoriyalar yaradılır, tədrisdə şəffaflıq daim qorunur, tələbələrin sosial şəraiti yaxşılaşır. Təbii ki, bütün bunlar şagirdlərdə universitet barədə dolğun fikirlər yaradır. Onlar aqrar təhsilin inkişaf ömrünü yaxından izləyə biliblər.

Yeganə Qurbanova

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory