“Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsinin iştirfakçıları ADAU-da olub

“Aqrar ixtisaslaşmış jurnalistlər” layihəsi çərçivəsində respublikanın müxtəlif ali təhsil müəssisəsiindən seçilən 35 tələbəAzərbaycan Dövlət Aqrar Universitetinə səfər edib. Layihə iştirakçılarını ADAU-nun müasir təhsil şəraiti, texniki baza, tələbələrin sosial həyatı, heyvandarlıq kompleksi, laborotoriyalar, maşın traktor parkı, istixanalar, vivarium, adlı auditoriyalar, kitabxana və başqa sahələr daha çox maraqlandırıb. Keyfiyyətli aqrar təhsil üçün layihə iştirakçılarında böyük əminlik yaranıb.

Azərbaycan Xalq Cümhuriyyəti muzeyində isə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov layihə iştirakçıları ilə görüşüb. Rektor layihə iştirakçılarına universitetin inkişaf yolundan danışıb, onlara tövsiyələrini verib.

Səfər çərçivəsində layihə iştirakılarına “Sosial medianın kənd təsərrüfatında rolu”, “Jurnalistikanın əsasları”, “Bitkiçilik”, “Heyvandarlıq”, “Torpaqdan səmərəli istifadə”, “Aqrar sahədə data analitikası və elektron kənd təsərrüfatı”, “Kənd təsərrüfatına dövlət dəstəyi”, “Aqrar məşğulluq vəkənd təsərrüfatı kreditləri” mövzularında təlimlər keçiriləcək.

Layihə müddətində Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti yanaşı Şəmkir Aqropark və Samux Ata AGRO MMC-yə də səfərlər ediləcək.

Səfərlərdən öncə iştirakçılarl Gəncənin tarixi məkanlarına ekskursiya edəcəklər.

Yeganə Qurbanova

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 49
  • 31
  • 440
  • 2,106
ILK-10 Azeri Website Directory