Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı 25 fevral 2019-cu ildə keçirilmiş müşavirədən irəli gələn vəzifələrə həsr olunmuş Tovuz RİH başçısı yanında geniş Şura yığıncağı keçirilmişdir

Tovuz rayon İcra Hakimiyyətinin akt zalında keçirilən geniş Şura yığıncağında RİH başçısı yanında Şuranın üzvləri ilə yanaşı rayonun hüquq mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələri, gənclər və ağsaqqallar  iştirak etmişlər.

Yığıncağı rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov açaraq ona sədrlik etmişdir.

Məmməd Məmmədov bildirmişdir ki, üç  gün bundan öncə – fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilmiş müşavirədə səsləndirilən fikirlər, dövlətimizin və hökumətin həyata keçirdiyi sosial siyasətə dair qeyd edilən  konkret  faktlar cəmiyyətdə böyük məmnunluq yaratmışdır.
Bu günkü geniş Şura yığıncağı həmin müşavirədən irəli gələn vəzifələrə həsr olunmuşdur. Burada Şura üzvləri ilə yanaşı, dəvət olunmuş ictimaiyyət nümayəndələri də bu tədbirimizdə, yəqin ki, fəallıq göstərərək cənab Prezidentin nitqindən irəli gələn vəzifələrə dair öz fikirlərini söyləyəcəklər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov gündəlik məsələ ilə bağlı bildirmişdir ki,  müşavirədə cənab Prezident  ilin birinci ayının sosial-iqtisadi göstəricilərinə əsasən göstərmişdir ki, aparılan islahatlar öz gözəl nəticələrini verir.
Cənab Prezidentin Sərəncamı ilə ümumilikdə 600 minə yaxın vətəndaşa yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir. Minnətdarlıq hissi ilə qeyd edirik  ki, rayonumuzun bu kateqoryadan olan 35 min nəfərdən çox sakini Prezidentimizin qayğısını öz üzərlərində hiss edəcəklər.
Yığıncaqda geniş və canlı müzakirələr olmuşdur. Rayon ağsaqqalları adından çıxış edən Mücaməddin Axundov göstərmişdir ki, ağsaqqallar, rayonumuzun bütün sakinləri Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatları bəyənərək onu alqışlayır və müdafiə edirlər. Bizim ağsaqqallar və ağbirçəklər həmişə olduğu kimi yenə də cənab Prezidentin yanında olub öz nüfuzlu sözümüzlə onun arxasında dayanmaqla bundan sonra da dövlətə və dövlətçiliyə şərəflə xidmət edəcəklər.
Şura üzvü, rayon maliyyə idarəsinin rəisi Mübariz Salmanov çıxışı zamanı qeyd etdi ki, cənab Prezidentin siyasi iradəsi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində dövlətin qazandığı əlavə gəlirlər hamının böyük məmnunluqla qəbul etdiyi sosial paketlərin yerinə yetirilməsinə, əhalinin rifah halının yaxşılaşdırılmasına yönələcəkdir.
Rayon gəncləri adından çıxış edən Nihat Pənahov göstərmişdir ki, Prezidentimizin Sərəncamları ölkəmizdəki gənclər ordusunu da əhatə edir. Xüsusilə tələbə təqaüdlərinin artırılması onlara sevinc bəxş etmişdir. Mən bir gənc kimi cənab Prezidentə minnətdarlığımı bildirirəm ki, artıq Azərbaycanda elə bir ev, elə bir ailə yoxdur ki, Prezident Sərəncamlarından birbaşa, yaxud dolayısı ilə faydalanmasın. Bizim borcumuz ölkəmizdə görülən işləri təbliğ etmək onu əhalinin bütün təbəqələrinə çatdırmaqdır.
Ziyalılar adından çıxış edən Bayramlı kənd orta məktəbinin direktoru Zülfüqar Mustafayev qeyd etmişdir ki, xalqımızın ən əziz bayramı olan Novruz ərəfəsində cənab Prezidentin fevral ayının 25-də keçirdiyi müşavirədə xalqın həyatını daha da yaxşılaşdırmaq üçün bəyan etdiyi sosial paketlər, eyni zamanda onun arxasınca qəbul olunmuş Sərəncamlar 3 milyondan artıq vətəndaşımızı birbaşa sevindirmiş, bütövlükdə isə  Azərbaycan xalqında böyük məmnunluq yaratmışdır.
Mən Fransız dili müəllimiyəm. Sosial şəbəkə  istifaədçisi kimi Fransanın bir neçə şəhəri sakinləri ilə dostuq əlaqələrim var. Mən bu günlər Prezidentimizin şəhid ailələri, əlavə sosial müdafiəyə ehtiyacı olan təbəqə haqqında verdiyi Sərəncamlar barədə onlarla fikir mübadiləsi etmişəm. Həmin dostlarım bildirirlər ki, sizin dövlət başçınız xalq naminə necə də böyük addımlar atır və onların rifahına maliyyə resursları yönəldir.
Tovuz rayon poçt filialının mühəndisi, gənclərin nümayəndəsi Elşad Namazlı çıxışında bildirmişdir ki, cənab Prezident tərəfindən həyata keçirilən islahatlar, xüsusən bu günlərdə atılan son əməli addımlar göstərir ki, bu gün hər bir Azərbaycan vətəndaşının yanında onun Prezidenti dayanıb. Əhalinin sosial rifahının yaxşılaşdırılması naminə hətata keçirilən bu tədbirlər insanlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Mən də gənclər adından bildirmək istəyirəm ki, biz dövlətimizin siyasətinin hərtərəfli şəkildə xalqa çatırılmasında fəallıq göstərəcəyik.
Rayon təhsil şöbəsinin müdiri Validə Hüseynova öz çıxışında qeyd etmişdir ki, mən bir qadın və ana olaraq cənab Prezidentin Azərbaycan ailəsinə göstərdiyi misilsiz qayğıya görə öz minnətdarlığımı bildirirəm. Biz bir təhsil işçisi olaraq cənab Prezidentin 25 fevral tarixli müşavirədə söylədiyi nitqin geniş ictimaiyyətə çatdırılması istiqamətində əlimizdən gələni edəcəyik.
AQMƏVŞA ictimai birliyinin Tovuz filialının sədri  Əli Əliyev, DSMF-nin Tovuz rayon şöbəsinin müdiri Adil Cəfərov,  Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmov, rayon ağsaqqallarından Əlixan Məmmədov və başqaları Şura yığıncağında çıxış edərək bildirdilər ki, cənab Prezidentin həyata keçirdiyi bu sosial siyasət və əhalinin rifahının, maddi vəziyyətinin daha da yüksəlməsinə xidmət edən bu sosial paketlər misilsiz sosial islahatlardır. Azərbaycan vətəndaşları Prezidentin xalq naminə yürütdüyü bu siyasəti ürəkdən bəyənir və dövlətin daha da qüdrətlənməsi üçün xalqın liderinin həyata keçirdiyi bu məqsədyönlü siyasəti hərtərəfli dəstəkləyir.
Şura yığıncağına yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı M. Məmmədov qeyd etmişdir ki, Buradakı müzakirələr göstərdi ki, cənab Prezidentin yanında keçirilmiş müşavirədə iqtisadi və sosial məsələlərlə əlaqədar səsləndirilmiş sosial paketlər böyük tarixi əhəmiyyətə malikdir və cənab Prezidentin xalq naminə yürütdüyü bu siyasət geniş əhali kütləsinə çatdırılmalı, hərtərəfli izahat və təbliğat işi aparılmalıdır. Burada Şura üzvləri, ictimaiyyətin fəal nümayəndələri ilə yanaşı, hər bir vətəndaş öz sözünü deməli, bu köklü iqtisadi dəyişikliklərə öz müsbət rəyini bildirərək dövlətçilik ideyalarını təbliğ etməlidirlər.
RİH başçısı yanında geniş Şura yığıncağı müzakirə olunun məsələ haqqında müvafiq qərar qəbul etmişdir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 4
  • 503
  • 1,318
ILK-10 Azeri Website Directory