Gəncə Dövlət Dram Teatrında Xərabət gözəli nümayiş ediləcək

Gəncə Dövlət Dram Teatrında Şairə Məhsəti Gəncəvinin həyatından bəhs edən “Xərabət gözəli” adlı əsər tamaşaçıların ixtiyarına buraxılacaq. Əsərin müəllifi AYB Gəncə Bölməsinin sədri Xəzangül Hüseynovadır.

Teatrın direktoru Əli Qasımov bildirib ki, tamaşanın rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, xoreoqrafı Sənan Cavadovdur.

Rollarda xalq artisti Məmmədəli Balayev,Günay Cabbarova, Ruslan Hüseynov, Mətləb Təhmazi, Rəşad Hüseynov, Emil Salmanov, Könül Kazımova, Sevinc Hüseynova,Samir Abbasov, Elmir Məmmədov, Seymur Məmmədov və digərləri iştirak edəcək.

Bildirək ki, tamaşanın ictimai baxışı 10 Mart Milli Teatr Günü saat 17:00-da, premyerası isə 13 mart tarixində baş tutacaq.

Fərruxə Umarova

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 35
  • 26
  • 445
  • 2,063
ILK-10 Azeri Website Directory