Tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanıldı

Azərbaycan Ordusunun qoşun növ və qismlərində, birlik və birləşmələrində tabor komandirlərinin hazırlıq səviyyəsi yoxlanılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərəfindən təlim mərkəzlərində, poliqonlarda keçirilən yoxlamalar zamanı zabitlərin fərdi keyfiyyətləri, müasir ümumqoşun döyüşünün idarə edilməsi üzrə təcrübələri, praktiki vərdişləri, taborun silahlanmasında olan silah və hərbi texnikanın döyüş tətbiqi qaydaları, o cümlədən istismarı üzrə bilikləri də qiymətləndirilib.

Zabitlərin nəzəri biliklərinin təyin edilməsi məqsədilə rəhbər sənədlərin öyrənilməsi üzrə testlər keçirilib, atış, taktiki-xüsusi və fiziki hazırlıq, eləcə də döyüş maşınlarının idarə olunması üzrə məqbullar qəbul edilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 15
  • 8
  • 695
  • 2,715
ILK-10 Azeri Website Directory