Şəmkirdə Qafqazın ən böyük balıqyetişdirmə və emalı müəssisəsi inşa olunur

İldə 10 min ton balıq istehsal ediləcək

Şəmkir rayonunun Mehrili kəndi ərazisində qurulan “Azfarel” MMC-balıq yetişdirmə və emalı müəssisəsinin tikintisi davam edir.

Şəmkir çayının sahilində yerləşən və ümumi sahəsi 4,94 hektar olan balıqyetişdirmə və emalı müəssisəsi öz istiqamətinə görə Qafqazda ən böyük istehsal müəssisəsi olacaq.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda 2018-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabatda ictimaiyyət qarşısında çıxış edərkən məlumat verib.

Bildirilib ki, müəssisədə ilkin mərhələdə ildə 3 min ton 12 növ farel balığının və saatda 3 min ədəd balıq konservinin istehsalı nəzərdə tutulub. Emal müəssisəsində ilkin olaraq 250 nəfər işlə təmin olunacaq. Növbəti mərhələdə isə ildə 10 min ton balıq istehsal etmək və işçilərin sayını 500 nəfərə çatdırmaq planlaşdırılır.

Qeyd edilib ki, ötən il tikintisinə 3 milyon manat kapital qoyulan müəssisənin ümumi investisiya 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 33
  • 24
  • 443
  • 2,061
ILK-10 Azeri Website Directory