Qubada bir ay ərzində 37 minə yaxın sakin kütləvi tibbi müayinə olunub

Üç nəfərin hepatit B, dörd nəfərin isə vərəmə yoluxduğu müəyyənləşibC

Azərbaycan Prezidentinin tapşırığınauyğun olaraq həyata keçirilən əhalinin tibbi dispanserizasiyası çərçivəsində Quba rayonunda fevralın 12-dən indiyədək 37 minə yaxın sakin müayinə olunub.

Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əmir Əliyev Amüsahibəsində kampaniyanın müvəffəqiyyətlə davam etdiyini deyib. Müayinə olunanlardan 37-si stasionar müalicəyə cəlb edilib. 97 nəfər isə Bakı şəhərinin müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Əmir Əliyev bildirib ki, ölkə vətəndaşlarının kütləvi tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib. Qubada keçirilən müayinələr zamanı daha çox qan-damar və kəskin respirator xəstəliklərindən şikayət edən vətəndaşlar müəyyənləşdirilib. Ehtiyac yarandıqda vətəndaşlar kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən keçirilib.

Müayinələr nəticəsində sosial və epidemioloji əhəmiyyət kəsb edən bəzi xəstəliklər də aşkarlanıb. Müayinələrlə 3 nəfərin hepatit B, 4 nəfərin isə vərəmə yoluxduğu müəyyənləşib.

Baş həkimin müavini qeyd edib ki, xəstəxana bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər. Bununla yanaşı, kəndlərdə yaşayan sakinləri müayinə etmək üçün 13 səyyar həkim briqadası da yaradılıb.

Mayın 12-dək davam edəcək tibbi müayinələrə rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 44
  • 40
  • 685
  • 4,419
ILK-10 Azeri Website Directory