Naxçıvan Əlahiddə Əməliyyat Briqadası müasir maddi-texniki bazası, yüksək döyüş qabiliyyəti ilə seçilir

Ümummilli liderimiz Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanı ilə hər il mart ayının 12-si Azərbaycan Respublikasının Daxili Qoşunlar Günü kimi qeyd olunur.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin mühüm tərkib hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir, bu sahənin maddi-texniki bazası gücləndirilir.

1995-ci il aprel ayının 10-da Daxili Qoşunların Naxçıvandakı “N” hərbi hissəsi, 2002-ci il dekabr ayının 4-də hərbi hissənin bazasında Daxili Qoşunların Naxçıvan Alayı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 sentyabr tarixli Sərəncamı ilə isə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası yaradılıb. Ötən dövrdə briqada qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirib, ictimai asayişin qorunmasında zəngin xidməti təcrübə toplayaraq hərbi qulluqçuların döyüş hazırlığının təkmilləşdirilməsində mühüm nailiyyətlər qazanıb.

Bu gün Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası müasir maddi-texniki bazası, yüksək döyüş qabiliyyəti ilə seçilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə ötən dövrdə briqadanın maddi-texniki bazası xeyli möhkəmləndirilib. Aparılan islahatlar, döyüş hazırlığının yüksəldilməsi, maddi-texniki təminat və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması qarşıya qoyulan xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə imkan verir.

Şəxsi heyətin döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da daim diqqət mərkəzində saxlanılır. Son illər briqadanın ərazisində müasir standartlara uyğun yaşayış binaları, yeməkxana, anbarlar, müasir qazanxanalar və digər sosial məişət obyektləri inşa edilib, hərbi hissə abad və yaraşıqlı bir şəhərciyə çevrilib. Zabit-gizir ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə 60 və 45 mənzildən ibarət iki beşmərtəbəli və 12 mənzildən ibarət üçmərtəbəli yaşayış binası istifadəyə verilib.

Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının müasir döyüş texnikaları ilə təmin olunması da diqqət mərkəzində saxlanılır. Bu gün briqadada xidməti vəzifələrin yerinə yetirilməsi üçün lazımi şərait yaradılıb. Həyata keçirilən tədbirlər şəxsi heyətin mənəvi-psixoloji vəziyyətini daha da yüksəldir. Hazırda Naxçıvan Əlahiddə Əməliyyat Briqadasında ciddi nizam-intizam var. Cəmiyyətin və dövlətin mənafeyinin qorunmasında, habelə ictimai asayişin mühafizəsində daim sayıqlıq nümayiş olunur, əsgər və zabitlər üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Şəxsi heyətin yeni silahlardan istifadə qaydaları üzrə bilik və bacarığı təkmilləşdirilir, müntəzəm olaraq metodik təlim toplantıları, səhra çıxışları və döyüş atışlı taktiki təlimlər keçirilir. Ötən il oktyabrın 30-da və bu il fevralın 22-də Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin taktiki-xüsusi təlimində Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası da qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 4
  • 3
  • 214
  • 1,275
ILK-10 Azeri Website Directory