Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində Novruz bayramı

Fransadakı səfirliyimizin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Novruz fəlsəfəsinin əsasında birlik və dialoq yaratmaq, insanlar arasında körpü qurmaq olduğu nəzərə alınaraq, bayram tədbirinə Fransada yaşayan Azərbaycan icmasının üzvləri, bu ölkənin incəsənət və mədəniyyət xadimləri, iş adamları, jurnalistlər də dəvət edilib.

Səfir Rəhman Mustafayev Novruz bayramının məziyyətlərindən danışaraq onun baharın ilk günü, təbiətin oyanmasının rəmzi olduğunu bildirib. Qeyd edib ki, bu bayram, insanlar arasında sülh və həmrəylik dəyərlərini, sülhün və yaxşı qonşuluq münasibətlərinin inkişafını, eləcə də xalqlar və müxtəlif cəmiyyətlər arasında mədəni müxtəlifliyi və dostluğu təşviq edir. İmperiya rejimi dövründə ümummilli lider Heydər Əliyev bu bayramın respublika miqyasında yüksək səviyyədə keçirilməsinə nail olub.

Səfir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfərindən söz açaraq, onun Fransa rəsmiləri ilə görüşlərinin uğurlu keçdiyini bildirib. Bu səfərin ölkələrimiz arasında siyasi, iqtisadi sahələrdə əməkdaşlıq üçün böyük perspektivlər açdığını, Fransa tərəfinin ölkəmizlə münasibətlərinin möhkəmlənməsində marağı bir daha təsdiq olunduğunu vurğulayıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun səyləri nəticəsində bir çox mədəniyyət və tarixi abidələrimizin, eləcə də Novruz bayramının UNESCO-nun irs siyahısına salındığını diqqətə çatdırıb.

Bildirib ki, 2009-cu ildə Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezantativ Siyahısına salınıb. Daha sonra, 2010-cu il fevralın 23-də BMT Baş Assambleyasının qəbul etdiyi qətnaməyə əsasən 21 mart – Beynəlxalq Novruz Günü elan edilib. Novruz bayramının adət-ənənələri dünya mədəni irsinin mühüm tərkib hissəsidir və dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verir. Novruz mədəniyyətlər və dinlər arasında sərhədlər tanımayan dostluq və həmrəyliyin rəmzi kimi qiymətləndirilir.

Diplomat həmvətənlilərimizi Novruz bayramı münasibətilə təbrik edib.

Novruz bayramı tədbiri çərçivəsində Belçikada yaşayan əslən azərbaycanlı olan Əli Seyran İmanzadənin miniatür əsərləri nümayiş olunub.

Sonda bayram tədbirinə gələnlər Novruz süfrəsinə dəvət olunublar. Onlar milli təamlarmıza-plova, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmış dolmaya, paxlavaya, şəkərburaya, qoğala qonaq ediliblər.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 70
  • 18
  • 891
  • 3,342
ILK-10 Azeri Website Directory