Gəncədə Azərbaycan-Türkiyə Xalq Rəqsləri Nümyişi olub

Novruz bayramı münasibəti ilə Gəncədə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun, Bakı Yunus Emre İnstitutunun, TİKA Bakı Proqram Koordinatorluğunun, Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Novruz bayramında Azərbaycan-Türkiyə Xalq Rəqsləri Nümayişi”keçirilib.

Nümayişdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Vəfa Abbasova, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, ziyalılar və şəhər ictimaiyyəti iştirak edib.

Tədbirdə çıxış edən Zeki Öztürk Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib və tədbirin təşkilatçılarına öz təşəkkürünü  bildirib.  Zeki Öztürk: “Xalq rəqslərimiz keçmişdən bizə qalan miras, milli mənəvi dəyərlərimizdən biridir. Əgər bir millətin mədəni dəyərləri yoxdursa o ölkədə görülən işlərin də nəticə olmaz. Mədəniyyətə və sənətə qiymət verən ölkələr hər zaman adlarını tarixə qızıl həriflərlə yazmağı bacarıb. Bu günkü tədbirdə zəngin ortaq mirasımız olan xalq rəqsləri Ulu Öndər HeydəƏliyevin söylədiyi “bir millət iki dövlət” olan Türkiyə və Azərbaycan arasında olan qardaşlıq münasibətlərinin daha da genişlənməsinə səbəb olacaqdır”.

Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısının müavini Vəfa Abbasova çıxışı zamanı tədbir iştirakçılarını şəhər rəhbəri Niyazi Bayramovun adından salamlayıb və qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib. Vəfa Abbasova: “Bu tədbirin ərsəyə gəlməsinin kökündə Azərbaycan və Türkiyə arasında olan dost münasibətlər durur. Arzu edək ki, bu dostluq həmişə yaşasın və gələcəkdə bütün sahələrdə olan əməkdaşlığımız daha da artaraq inkişaf etsin”.

Tədbirdə 13 nəfərdən ibarət olan Türkiyə Cümhuriyyəti Atatürk Universitetinin Türk Xalq Oyunları və F. Əmirov adına Rəqs Ansamblının kollektivi Novruz Bayramı proqramında eyni səhnəni paylaşaraq iki ölkə arasındakı səmimi əlaqələrin daha da güclənməsinə töhfə verib. Hər iki ölkənin rəqqaslarının nümayiş etdirdikləri  zəngin repertuarlar tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Fərruxə Umarova

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 20
  • 18
  • 513
  • 1,348
ILK-10 Azeri Website Directory