Gəncə Qarnizonu ZabitlərEvi “Nəsimi poetik dünyası” adlı müsabiqə keçirir

Dilbəra mən səndən ayrı ömrü canı neylərəm.
Tacü-taxtı mülkü malü xanımanı neylərəm?

Bu kiçicik parça Nəsimi qəzəlindəndir.Nəsimi yaradıcılığı, Nəsimi qələmi, Nəsimi dünyası böyük bir ümmandır. Özünəməxsus xüsusi, bir yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri diqqət mərkəzindədir.

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasından irəli gələrək Gəncə Qarnizonu Zabitlər Evində poeziya müsabiqəsi təşkil olunub.

Martın 15-dən start götürən yarışmada hərbi qulluqçularla yanaşı, yaş həddindən asılı olmayaraq sadə vətəndaşlar da iştirak edə bilər.

“Nəsimi poetik dünyası” adlı müsabiqə 3 turdan ibarət yarışmadır və müsabiqədə iştirak hüququ əldə etmək üçün Nəsimi yaradıcılığından olan bir qəzəli səsləndirib,  http://veten-ugrunda.az/ saytına daxil olaraq, anketi doldurmaq kifayətdir.

Müsabiqənin şərtlərinə görə, qaliblər müvafiq olaraq, sözügedən saytda keçirilən pulsuz səsvermə ilə müəyyən olunacaq.

Müsaqibənin gedişatını www. http://veten-ugrunda.az/ saytından izləmək mümkündür.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 33
  • 24
  • 443
  • 2,061
ILK-10 Azeri Website Directory