Mədət Quliyev: “Gənclər sağlamlıqlarına diqqət yetirsinlər”

Bu gün Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında veloparkda veloyürüş keçirilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Velosiped İdman Klubunun, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunub.

Veloyürüşün məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.
Veloyürüşdə iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev deyib ki, bu addımla ümumdünya sağlamlıq prosesinə qoşulurlar: 
“Gənclərimizi xoşagəlməz vərdişlərdən, həmçinin siqaretdən, spirtli içkilərdən imtina etməyə çağırırıq. Vətəndaşlarımız, xüsusilə gənclər idmanla məşğul olsunlar və öz sağlamlıqlarına diqqət yetirsinlər”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Oktyabr 2019
S M T W T F S
« Jul    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 3
  • 3
  • 824
  • 3,275
ILK-10 Azeri Website Directory