Valideynlər övladlarına elektron qaydada ad vermək imkanı əldə edəcəklər

Azərbaycanda valideynlər övladlarına elektron qaydada ad vermək imkanı əldə edəcəklər. Bu barədə ONA-ya Elektron Hökumətin İnkişafı Mərkəzindən bildirilib.

Bu funksiya “myGov” layihəsi çərçivəsində istifadəyə veriləcək “Şəxsi kabinet”ə inteqrasiya olunacaq. “myGov”un bildiriş sistemi ilə valideynlərə SMS və elektron poçt vasitəsi bildirişlər göndəriləcək.

“Valideynlərə bildiriş göndəriləcək ki, körpəyə ad verilsin. Bu prosesi də məsafədən, elektron qaydada həyata keçirmək mümkün olacaq”, – deyə Mərkəzdən bildiriblər. 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 50
  • 22
  • 565
  • 2,646
ILK-10 Azeri Website Directory