Rəfiqə Sadıqovanın yaradıcılıq gecəsi keçiriləcək

Bu gün saat-15:00-da Gəncə şəhər Mərkəzi Kitabxananın oxu zalında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan yazıçı-publisist, istedadlı jurnalist, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə xanım Sadıqovanın “Zərif və güclü qadın” adlı yaradıcılıq gecəsi keçiriləcək.

Gecədə geniş intellektə, zəngin dünyagörüşünə malik peşəkar jurnalist Rəfiqə xanımın həyat və yaradıcılığından söz açılacaq. Yazıçı-publisistin 2 roman, 2 povest və 5 hekayəsinin yer aldığı, bu yaxınlarda oxucuların ixtiyarına verilən “Gecikmiş etiraf” kitabına nəzər salınacaq.

Qeyd edək ki, Rəfiqə Sadıqova 2017-ci ildə Prezident mükafatına layiq görülüb. O, Azərbaycan Jurnalistlər Birliyi Gəncə Şəhər Təşkilatının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl qələm”, Həsən bəy Zərdabi, Ali Media mükafatlarına və “Tərəqqi” medalına layiq görülüb.

Bədii yaradıcılığa şeirlə başlayan Rəfiqə Sadıqova “Dünya beş günlük deyil”, “İkinci toy” və “Nigaran qalacağam” romanlarının, “Yarımçıq səadət”,”Toy dəvətnaməsinə yazılmayan ünvan” sənədli povestlərinin müəllifidir.

Dövrü mətbuatda vaxtaşırı bədii və publisistik yazıları ilə çıxış edən Rəfiqə Sadıqovanın “Gecikmiş etiraf” və “Lalə əfsanəsi” hekayələri ingilis dilinə tərcümə edilərək Amerika oxucularına təqdim edilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Yanvar 2020
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 32
  • 23
  • 442
  • 2,060
ILK-10 Azeri Website Directory