Azərbaycan-Türkiyə birgə hərbi təlim keçirəcək

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək ölkəmizdə “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, təlimdə iştirak etmək üçün Azərbaycana gələn Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli qarşılanma mərasimi olub.

Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.

Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.

Təlimə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory