Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir

 Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində Xəzər rayonunda təmizlik-abadlıq işləri uğurla həyata keçirilməkdədir.
     Belə ki, görülən işlər çərçivəsində Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Xəzər rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisindəki zibil konteyneri rənglənmiş, ehtiyac duyulan konteynerlərdə də təmir-bərpa işləri görülmüşdür.

     Həmçinin, aksiya çərçivəsində rayonun digər qəsəbələri ilə yanaşı Mərdəkan qəsəbəsində də təmizlik-abadlıq işləri həyata keçirilmişdir. Belə ki, Mərdəkan qəsəbəsi, Z.Tağıyev, 28 May və Şərq küçələrində təmizlik işləri aparılmış, alaq otları vurulmuş, qəsəbənin Nizami parkında yeni işıq dirəkləri basdırılmış, qəsəbənin mərkəzi küçəsi olan S.Yesenin küçəsində bir ədəd yeni müasir tipli dayanacaq quraşdırılmışdır.
       Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun bütün qəsəbələrində keçirilməsi nəzərdə tutulmuşdur.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 154
  • 24
  • 746
  • 2,776
ILK-10 Azeri Website Directory