Azərbaycan Qran-prisi Valtteri Bottasın qələbəsi ilə yekunlaşdı

“Formula-1” üzrə SOCAR Azərbaycan Qran-prisinin qalibi müəyyənləşib.

ONA-nın məlumatına görə, Bakıda keçirilən mövsümün dördüncü mərhələsində “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.

O, 1 saat 31 dəqiqə 52,942 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. Bu, finlandiyalının karyerasında qazandığı 5-ci Qran-pri qələbəsi olub. 

İkinci yeri onun komanda yoldaşı Luis Hamilton, üçüncü yeri “Ferrari”dən Sebastyan Fettel tutub.

Finişə isə 20 pilotdan 16-sı çatıb. Beləliklə, 3 gün davam edən yarışa yekun vurulub.

Qeyd edək ki, 2016-cı ildə Avropa Qran-prisinin (həmin vaxt belə adlanırdı) birincisi “Mercedes”in pilotu Niko Rosberq olub. Azərbaycan Qran-prisi adlandıqdan sonra növbəti 2 ildə isə müvafiq olaraq, “Red Bull”dan Daniel Rikkardo və “Mercedes”dən Luis Hamilton qalib adınına yiyələnib. 

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Noyabr 2019
S M T W T F S
« Jul    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 5
  • 2
  • 580
  • 4,215
ILK-10 Azeri Website Directory