Elçin Quliyev “Qazax” sərhəd dəstəsinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Bu gün Dövlət sərhəd xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Ermənistanla dövlət sərhə­dinin mühafizə və müda­fiəsini həyata keçirən “Qazax” sərhəd dəs­tə­sinin hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb, sərhəd döyüş mən­təqələrində şəxsi heyətlə görüşüb, xidməti və yaşayış şərait­lə­rinə baxış keçirib.

DSX-dan ONA-ya verilən məlumata görə, Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra vəziyyəti, dövlət sərhədində zəruri müdafiə infra­struktu­runun yara­dıl­ması məqsədilə görü­lən işlərlə tanış olub.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və “Qazax” sərhəd dəstəsinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə hərbi hissə və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 100
  • 17
  • 410
  • 1,407
ILK-10 Azeri Website Directory