Futbol üzrə “Coca-Cola Məktəbli Kubokunun” Samux rayon birinciliyinin qalibi bəlli oldu

Samux şəhər 2 saylı tam orta məktəbində Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı Gənclər Birliyi və AFFA-nın Gəncə  Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə Coca-Cola Məktəbli Kubokunun rayon birinciliyinin yarımfinal və final oyunları təşkil olundu.

Yarışda ümumilikdə 22 komanda mübarizə apardı. Bu gün təşkil olunan yarımfinal və final mərhələsində 8 komanda mübarizə apardı . Hakimin yekun protokoluna əsasən Çobanabdallı kənd tam orta məktəbi 1-ci, Qarabağlar kənd tam orta məktəbi 2-ci, Samux şəhər 3 saylı tam orta məktəb komandası isə 3-cü yerə layiq görüldülər.

İlk yeri tutan komandalar futbol topu və başqa idman ləvazimatları ilə mükafatlandırıldı. Həmçinin yarışda mübarizə aparan bütün komandalara həvəsləndirmək, futbol idman növünə marağın artırılması məqsədilə  futbol topları hədiyyə edildi.  Rayon birinciliyin qalibi olan Çobanabdallı kənd tam orta məktəbi yarışın zona mərhələsində rayonumuzu təmsil edəcək. Komandamıza  zona mərhələsində uğurlar arzulayırıq.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 49
  • 21
  • 564
  • 2,645
ILK-10 Azeri Website Directory