İndiyədək 102 İkinci Dünya müharibəsi əlili mənzillə təmin olunub

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu vaxta qədər 102 nəfər İkinci Dünya müharibəsi əlil mənzillə, bu təbəqədən olan 1117 nəfər şəxs minik avtomobili ilə təmin olunub. İkinci Dünya müharibəsi iştirakçılarının bərpa müalicəsi, sanator-kurort yollayışları ilə təminatı və s. sahələrdə də müvafiq işlər görülür, ehtiyac duyduqları hallarda onlara evlərində sosial xidmətlər də göstərilir”.

Bu baradə Əmək və əhalinin Sosial Müfadiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkəmizdə daim güclənən sosial siyasətin əsas istiqamətlərindən biri də İkinci Dünya müharibəsi iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsinə yönəlib: “Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın iradəsi ilə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra ölkəmizdə sosial müdafiə tədbirləri gücləndirilməklə, İkinci Dünya müharibəsi iştirakçılarının da dövlət qayğısı ilə əhatə olunmasına, 9 May – Qələbə gününün yenidən dövlət bayramı kimi qeyd olunmasına başlanılıb.

Ulu öndərimiz 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarını cəmiyyətimizdə ən hörmətli insanlar kimi dəyərləndirərək,  onları “xalqımızın qızıl fondu” adlandırıb, həmin insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəal dövlət siyasətinin formalaşmasını təmin edib. İkinci Dünya müharibəsi iştirakçılarına göstərilən bu böyük diqqət və qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il 9 May – Qələbə günü münasibətilə Bakıda təntənəli mərasim keçirilir və  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak edərək, veteranlarla görüşür, onları təbrik edirlər.

Prezident cənab İlham Əliyevin müvafiq Fərman və Sərəncamı ilə İkinci Dünya müharibəsi  əlillərinə və digər iştirakçılarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlərin məbləği mütəmadi olaraq artırılıb.

Bu istiqamətdə növbəti mühüm addım kimi, dövlət başçısının 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən aprelin 1-dən müharibə əlilləri üçün təqaüdlər I dərəcə əlilliyi olanlar üçün 250 manata, II dərəcə əlilliyi olanlar üçün 230 manata, III dərəcə əlilliyi olanlar üçün 210 manata çatdırılıb. Həmçinin I dərəcə əlilliyi olanlara qulluq edənlər üçün 15 aprel 2019-cu il tarixli digər Fərmanla aylıq təqaüd (50 manat) təsis edilib.

Qeyd edək ki, İkinci Dünya müharibəsi iştirakçılarının sayı hazırda 400 nəfərə yaxındır ki, onlardan 250 nəfəri İkinci Dünya müharibəsi əlilləridir. İkinci Dünya müharibəsinin digər  iştirakçılarına Prezidentin aylıq təqaüdü isə dövlət başçısının 15 aprel 2019-cu il tarixli Sərəncamı ilə 150 manata çatdırılıb.

Prezidentin aylıq təqaüdü ilə yanaşı, İkinci Dünya müharibəsi veteranları əmək pensiyası ilə təmin edilirlər və onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb. Cari ilin 01 aprel tarixinə ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçılarının orta aylıq pensiya məbləği 400 manata yaxındır.

Hər il 9 May – Qələbə günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Sərəncamları imzalanmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə və birdəfəlik maddi yardım verilir. 23  aprel 2019-cu il tarixli Sərəncamla da 400-ə yaxın İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, qalanlarına, yəni 8,9 minə yaxın şəxsin hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 71
  • 14
  • 567
  • 1,359
ILK-10 Azeri Website Directory