Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar ağacəkmə aksiyası

Bu gün Yeni Azərbaycan Partiyası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

ONA-nın məlumatına görə, aksiya Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında keçirilib. 

Aksiyada Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədov, partiya üzvləri, fəalları, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ə. Əhmədov deyib ki, aksiyanın keçirilməsi ilə ulu öndərin xatirəsi yad edilir: 

“Digər tərəfdən Bakının ekoloji mühitinin yaxşılaşdırılmasına öz töhfəmizi veririk. Vaxtı ilə açıq sahə olan bu ərazinin yaşıl zonaya çevrilməsinə dəstək göstəririk”.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyun 2019
S M T W T F S
« May    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 87
  • 35
  • 561
  • 2,247
ILK-10 Azeri Website Directory