Bakıdan Ufaya birbaşa uçuşlar başladı

Azərbaycanın “Buta Airways” loukost aviaşirkəti mayın 12-dən etibarən Bakıdan Rusiyanın Ufa şəhərinə birbaşa uçuşlara başlayıb.

ONA-nın məlumatına görə, uçuşlar hər həftənin II və VII günləri “Embraer E190” təyyarələri ilə həyata keçirilir.

Başqırdıstanın paytaxtı loukost aviaşirkətinin Rusiyaya altıncı istiqamətidir. Belə ki, “Buta Airways”in marşrut şəbəkəsinə Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Həştərxan və Mineralnıye Vodı şəhərləri də daxildir.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Ufa marşrutu üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında (“Büdcə” və “Standart” tarifləri ilə, həmçinin aviaşirkətin satış ofislərində (“Super” tarifi ilə) əldə etmək mümkündür. Loukost aviaşirkət olaraq, “Büdcə” minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

Qeyd edək ki, 2017-ci ildə fəaliyyətə başlayan “Buta Airways” aviaşirkəti “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin struktur bölməsidir. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstana birbaşa uçuşlar yerinə yetirir. “Buta Airways”in donanmasına “Embraer E190” təyyarələri daxildir. Yeni istiqamətlərin sayının artması ilə aviaşirkət hava gəmiləri parkını genişləndirməyi planlaşdırır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 155
  • 25
  • 747
  • 2,777
ILK-10 Azeri Website Directory