DAŞKƏSƏNDƏ KİTAB BAYRAMI QEYD OLUNUB

Mayın 14-də Daşkəsən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Rayon Mədəniyyət Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XI ənənəvi  Kitab bayramını keçirib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllim və şagirdlər, fəal oxucular, bağça uşaqları, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları kitablardan və uşaqların əl işlərindən ibarət sərgilərə baxıblar.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı Əhəd Abıyev ölkəmizin hər bir bölgəsində olduğu kimi Daşkəsən rayonunda da ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ənənəvi Kitab bayramının qeyd edildiyini bildirərək deyib:
– Bu bayram münasibətilə bütün kitabsevərləri, fəal oxucuları, o cümlədən kitabxana sahəsində çalışan bütün işçiləri təbrik edirəm, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar  arzulayıram.
Ulu öndərimiz həmişə cəmiyyətimizdə ziyalılığa, bunun zəruri şərti olan kütləvi nəşrlərin həyata keçirilməsinə, bütövlükdə mədəniyyətə və mədəni dəyərlərimizin təbliğinə böyük önəm verib,  bu barədə dəyərli fikirlər söyləyib.
Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin hərtərəfli inkişaf strategiyası onun siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident  cənab İlham Əliyev Azərbaycanda kitabxana işinin inkişafına böyük diqqət və qayğı göstərir, dövrün tələblərinə uyğun islahatlar aparılır. Bu həm də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəni quruculuq siyasətinin uğurla davam etdirilməsinin göstəricisidir.
Bunun bariz nümunəsidir ki, bu gün Daşkəsən Rayon Mərkəzləşdirilmiş Kitabxana sistemində əsaslı təmir işləri aparılıb. Kitab fondu yeni-yeni nəşrlərlə mütəmadi zənginləşdirilir, rayonumuzda kitaba olan marağı daha da artırmaq üçün rayonun kənd və qəsəbələrində  geniş təbliğat işləri davam etdirilir.
İndi müasir texnologiyalar, elektron nəşrlər nə qədər inkişaf etsə də, bunlar kitabı əvəz edə bilməz. Müasir gənclərimiz elektron kitabxanadan son dövrlər daha çox istifadə edirlər. Bu da gözəl haldır. Çünki istənilən kitabı internet vasitəsilə əldə edib oxumaq mümkündür.
Ancaq bir məqamı da unutmaq olmaz ki, bu amillər kitabı heç bir halda əvəz edə bilməz. Mən gənclərimizə tövsiyə edirəm ki, kitabı sevsinlər və daha çox mütaliəyə vaxt ayırsınlar. Hər bir elmin, incəsənətin, maarifin, mədəniyyətin, ictimai fikrin əsasında kitab dayanır.
Bir daha da Kitab bayramınız mübarək olsun!
Tədbirdə Daşkəsən şəhər 2 saylı körpələr evi-uşaq bağçasının fidanlarının və məktəblilərin bir-birindən rəngarəng kompozisiyaları, bədii qiraət nümunələri maraqla izlənilib.
Rəngarəng mahnı və rəqslərlə davam etdirilən Kitab bayramı şən ovqatla sona çatıb.

Elmar Əliyev
RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2019
S M T W T F S
« Apr    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 122
  • 16
  • 580
  • 2,451
ILK-10 Azeri Website Directory