Nəsimi rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə gül əkmə aksiyası keçirilmişdir

Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə Nəsimi rayonunda keçirilən silsilə tədbirlərin davamı olaraq rayonun müxtəlif ərazilərində,  mövcud parklarda və yaşıllıq zolaqlarında gül əkmə  aksiyası  keçirilmişdir.

    Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Tədbir zamanı rayonun Üzeyir Hacıbəyov küçəsində,  4-cü mikrorayon ərazisində yerləşən Mir Cəlal parkında və digər mövcud park və bağlarda, yaşıllıq zolaqlarında  10000-dən artıq gül kolu əkilmişdir.

Rayonda son illər ənənə halını almış həyata keçirilən yaşıllaşdırma işlərində sakinlər, idarə və təşkilatların nümayəndələri yüksək fəallıq nümayiş etdirirlər.

Nəsimi rayonunda yeni yaşıllıq zolaqlarının salınması, ekoloji mühitin sağlamlaşdırılması və paytaxtımızın daha da gözəlləşməsinə yönəlmiş işlər daim nəzarətdə saxlanılır.    

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
May 2019
S M T W T F S
« Apr    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 122
  • 16
  • 580
  • 2,451
ILK-10 Azeri Website Directory