Şəkidə 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib

2019-cu ilin I rübündə rayonumuzda ilkin hesablamalara görə faktiki qiymətlərlə 79 milyon 368 min manatlıq məhsul buraxılmışdır.

Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri dövlət mülkiyyətinin payına düşür. Hesabat dövründə bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına yönəldilən investisiyanın həcmi 25 milyon 366 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 171 faiz təşkil edir. 2019- cu ilin üç ayı  ərzində rayonumuzda 606 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir.

   Bu barədə 2019-cu ilin birinci rübünün yekunları ilə bağlı mayın 15-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda məlumat verilib.
Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun hesabat məruzəsində birinci rübdə rayonda sosial-iqtisadi sahədə görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
    Qeyd olunub ki, bəhs olunan dövrdə Şəkidə  əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra işlər görülmüşdür. 2019-cu ilin birinci rübündə  Şəki rayonu üzrə aztəminatlı ailələrə və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara 15,2 milyon manat vəsaitin  verilməsi təmin edilmiş,  2019-cu ilin birinci rübündə 14,8 milyon manat vəsait 24 774 nəfər pensiyaçıya çatdırılmışdır.
   Bildirilib ki, hesabat dövründə rayonda məhsul istehsalının artırılması, kənd təsərrüfatında özəl bölmənin genişləndirilməsi diqqət mərkəzində saxlanılıb, rayonun iqtisadiyyatı üçün ənənəvi sahələrdən hesab olunan taxılçılıq, heyvandarlıq, tütünçülük və baramaçılığın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Qeyd olunub ki, bu il rayonda 1030 hektar sahədə tütün əkini planlaşdırılır, 72 ton barama istehsalı nəzərdə tutulmuşdur.                                    
      Məruzədə, həmçinin cari ilin birinci rübündə rayonda həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verilib.
    Yığıncaqda 2019-cu ilin birinci rübündə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatı sahəsindəki mövcud vəzyyətdən bəhs olunub, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil edilib.
Sonra Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova çıxış edərək Şəki Xan Sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması istiqamətində görülən işlərdən danışıb.
    Yığıncaqda Prezident Administrasiyasının sektor müdiri Rüfət Əliyev çıxış edərək, 2019-cu ilin birinci rübündə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan, əhalinin sosial müfafiəsi sahəsində həyata keçirilən tədbirlərdən söz açıb, tövsiyələrini bildirib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 19
  • 14
  • 615
  • 2,199
ILK-10 Azeri Website Directory