Samuxda 5885,5 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb

Samuxda bütün təsərrüfat kateqoriyaları daxil olmaqla may ayının əvvəlinə kimi 5885,5 hektar sahədə yazlıq bitkilərin əkini aparılıb.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aparılmış yazlıq əkinin 517,5 hektarı çoxillik otlar, 314,5 hektarı kartof, 550,5 hektarı tərəvəz, 431 hektarı yazlıq buğda, 618 hektarı yazlıq arpa, 2759 hektarı günəbaxan, 367 hektarı şəkər çuğunduru, 4 hektarı paxlalılar, 153 hektarı bostan, 167 hektarı qarğıdalı, 4 hektarı birillik otlar olub.

2019-cu ilin məhsulu üçün aparılmış yazlıq bitkilərin əkininin 4541,5 hektarı ailə kəndli və ev təsərrüfatlarının, 1344 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 50
  • 22
  • 565
  • 2,646
ILK-10 Azeri Website Directory