Nəsimi rayon könüllülərinə sertifikatlar təqdim edildi

Nəsimi rayon İcra Hakimiyyətində  fəaliyyət göstərən Nəsimi rayon Könüllüləri ilə görüş keçirilib.

Səmimi keçən görüşdə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov bildirdi ki, dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə

könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlanmışdır. Ölkə başçısı İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin  ölkə başçısı cənab İlham Əliyevin  ətrafında sıx birləşdiyini və Könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirərək “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsinin qeyd olunduğunu nəzərə çatdırdı. Qeyd olundu ki, bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri,  dünya və Avropa  miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün deyil. Asif Əsgərov bildirdi ki, Nəsimi rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətinə qoşulmuş gənclərdən 4 nəfəri müvafiq işlə təmin olunmuşdur.

Görüşdə çıxış edən könüllülər – Elvin Əjdərli, Nərmin Babazadə, Rövşən Baxışov, Nəzrin Məmmədova gənclər üçün yaradılan şəraitə, onlara göstərilən xüsusi qiqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə  və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Nəsimi rayon Könüllülər qrupunda fəaliyyətə qoşulmuş gənclər  müxtəlif sosial bacarıqları, əmək vərdişləri aşılayan təlimlərdə və rayonda keçirilən tədbirlərdə yaxından  iştirak etmişdilər. Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar təqdim edilmişdir.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Sentyabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 41
  • 32
  • 1,288
  • 2,561
ILK-10 Azeri Website Directory