2019-cu il mayın 24-də Yeni Azərbayan Partiyası Samux rayon təşkilatında rayon partiya təşkilatının qeydiyyatında olan ərazi ilk partiya təşkilatlarının sədrləri ilə geniş tərkibdə iclas keçirildi

Yeni Azərbayan Partiyası Samux rayon təşkilatında rayon partiya təşkilatının qeydiyyatında olan ərazi ilk partiya təşkilatlarının sədrləri ilə geniş tərkibdə iclas keçirildi.
İclasda çıxış edən Yeni Azərbayan Partiyası Samux rayon təşkilatının  sədri Gündüz Bayramov ölkəmizin  ictimai-siyasi həyatında gedən proseslər, gənclərin partiyada fəallığının artırılması, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq prosesi, eləcə də Yeni Azərbayan Partiyası Samux rayon təşkilatının  qarşısında duran vəzifələr haqqında məlumat verdi. 

Gündüz Bayramov  YAP Samux rayon təşkilatının iş planına  uyğun olaraq  Ulu Öndər  Heydər Əliyevin zəngin dövlətçilik irsinin, milli-mənəvi dəyərlərimizin təbliği, habelə vətənpərvərlik ruhunda çoxsaylı tədbirlərin keçirilməsi ilə bağlı fəaliyyətini daha da genişləndirəcəyini  qeyd etdi.
Daha sonra Sərkar kənd ərazi ilk partiya təşkilatının sədri Yusifov Şəmistan, Təhsil şöbəsi  ərazi ilk partiya təşkilatının sədri Hüseynov Gülağa, Gənclər birliyinin sədri  Həsənov Qurban məruzə ilə çıxış etdilər. Onlar öz çıxışlarında Yeni Azərbayan Partiyasının qazandığı uğurlardan, partiyamızın keçdiyi inkişaf yolundan söhbət açdılar.
Daha sonra qarşıda duran vəzifələr müzakirə olundu və ərazi ilk partiya təşkilat sədrlərinə müvafiq tapşırıqlar verildi.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 21
  • 16
  • 617
  • 2,201
ILK-10 Azeri Website Directory