Şəkidə kənd təsərrüfatı texnikası yarmarkası keçirilir

Şəkidə Kənd Təsərrüfatı Nazirliyi ilə Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi kənd təsərrüfatı texnikası yarmarkanın açılış mərasimi keçirilib.
     Yarmarkanın açılış mərasimində AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Tədbirdə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, rayon rəhbərliyi, aidiyyəti qurumların nümayəndələri, təsərrüfat sahibləri və fermerlər iştirak ediblər.

     Açılış mərasimində çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov sərginin respublikamızın ən iri aqrar rayonlarından biri olan Şəkidə təşkil olunmasına görə bütün fermerlər adından Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirib.
     Qeyd olunub ki, qeyri neft sektorunda xüsusi çəkiyə malik olan kənd təsərrüfatının inkişafı  dövlət başçımızın daim diqqət mərkəzindədir. Kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olmaqla ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının daxili istehsal hesabına ödənilməsi və ixrac potensialımızın genişləndirilməsi cənab Prezident tərəfindən qarşıya qoyulan ən vacib vəzifələrdən biridir. Qarşıya qoyulan vəzifələrin icrasına diqqətlə yanaşan Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə innovasiyaların tədbiq edilməsi istiqamətində  mühüm iş aparır, fermerlərə zəruri kömək göstərilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Şəkidə təşkil etdiyi ən müasir kənd təsərrüfatı texnikalarının bu günkü sərgisi fermerlərə göstərilən diqqət və qayğının bariz nümünəsidir.
     Açılış mərasimində çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, yarmarkaların keçirilməsində məqsəd texnika təchizatçılarının ofis və bazalarına getmək, araşdırmaq imkanı olmayan kiçik və orta fermerləri təchizatçılar, onların təqdim etdikləri kənd təsərrüfatı texnikası və avadanlıqları ilə öz yaşadıqları regionda tanış edə bilməkdir.
    Sonra kənd təsərrüfatı texnikalarına baxış keçirilib.
    Qeyd etmək istəyirik ki, iki gün davam edəcək bu yarmarka təsərrüfat sahiblərinə və fermerlərə müasir kənd təsərrüfatı texnikası və onların satış şərtləri ilə yaxından tanış olmaq imkanı yaradacaqdır.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 7
  • 6
  • 395
  • 1,387
ILK-10 Azeri Website Directory