ABŞERONDA PASSIFLORA MORIFOLIA NÖVÜNÜN INTRODUKSIYASI VƏ ONTOGENETIK STRUKTURUNUN ÖYRƏNILMƏSI

İlk dəfə Abşeronda toxumları Avstraliya Botanika bağından gətirilmiş, Azərbaycan florasında olmayan Passiflora morifolia növünün ontogenetik strukturu, inkişaf dinamikası öyrənilmişdir. Toxumun cücərmə faizi laboratoriya şəraitində Petri fincanında, açıq sahədə isə 30 gün müddətində təyin edilmişdir. Yarpağın, gövdənin, yan budaqların, çiçəyin, meyvənin və toxumun əmələ gəlməsi haqqında məqalədə ətraflı məlumat verilmişdir.

Dünyanın dərman preparatlarının 1/3 hissəsini bitki mənşəli maddələr təşkil edir. P.passifloraceae fəsiləsinin nümayəndələri arasında bioloji fəal maddələrin daha çox toplanması bu bitkilərə olan tələbatı artırmışdır. Digər tərəfdən cinsin növləri qida və dərman kimi mühüm əhəmiyyət kəsb edir. Bu bitkilərin introduksiya qayğısına qalınmalıdır. Deyilənləri nəzərə alaraq cinsin bəzi növləri Dendrologiya İnstitutunda xüsusən Abşeron şəraitində becərilmiş, inkişaf mərhələlərinin üzərində monitorinqlər aparılmışdır. Ölkənin torpaq-iqlim şəraiti münasib olan zonalarında bu kimi faydalı bitkilərin introduksiyası və aqrotexniki üsullarının bioloji əsaslarla öyrənilməsi öz aktuallığı ilə diqqət mərkəzindədir. Bitkilər aləmi içərisində bir qrup bitkilər vardır ki, onlar xüsusi orqanları bığcıqları, hava kökləri, yarpaq saplaqları vasitəsilə dayağa sarmaşır və dırmaşırlar. Belə bitkilərə sarmaşan bitkilər (lianlar) deyilir. (1) N.V. Osipovaya (1989) görə lian terminini elmi ədəbiyyata ilk dəfə 1806-cı ildə alman təbiətşünası Aleksandr Humboldat daxil etmişdir. Sarmaşan bitkilər bir çox xüsusiyyətlərinə görə ağac və kol bitkilərindən fərqlənirlər. Onlar tez böyüyür, az torpaq sahəsində əkilib becərilməklə yanaşı sahənin temperaturunu nizama salır, havanı oksigenlə zənginləşdirir. Hal-hazırda sarmaşan bitkilərin bütün aspektlərdə öyrənilməsinə maraq kəskin artmışdır. Bu maraq təkcə onların gözəl xarici görkəmə və dekorativ əlvan çiçəklərə malik olması becərilmələrinin asan və ucuz başa gəlməsi səbəbindən deyil, həmçinin bu bitkilərin tərkiblərində yüksək miqdarda bioloji fəallığa malik maddələr olmaları ilə əlaqədardır. N.İ.Denisov (2004) və digər ədəbiyyatlarda iri gövdəli passifloranın (Passiflora incarnata L.) zəhərli bitki olması göstərilir. Aparılmış tədqiqatlar nəticəsində sarmaşan bitki növlərinin bioloji, fizioloji, biokimyəvi xüsusiyyətlərini və onların əhəmiyyətini müxtəlif ədəbiyyatlara istinad etməklə müəyyən etdik ki, sarmaşan bitkilərin toxumlarını introduksiya etmək, ontogenetik strukturunu öyrənməklə xalq təsərrüfatının müxtəlif sahələrində istifadəsi mümkün ola bilər.

Abşeronun torpaq-iqlim şəraitinin bitkilərin intoduksiya edilməsi üçün əlverişli olması məlumdur. Digər tərəfdən təbii və mədəni şəraitdə, eyni zamanda Azərbaycanda olmayan digər perspektivli növlərin toxumlarının əldə edilərək introduksiyası, bioekoloji xüsusiyyətlərinin və yeni tətbiq sahələrinin araşdırılmasının elmi əsaslarla öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Lakin qeyd etmək lazımdır ki, cinsin qiymətli növləri artıq xaricdə dərman, qida maddəsi kimi işlədilir. Abşeronda növlərin toxumlarının əldə edilərək becərilməsini, nəinki Abşeronda, digər botaniki coğrafi rayonlarda yayılmasını və nəhayət bioloji fəal maddələr ilə zəngin nümayəndələrinin təyin edilməsini aktual hesab edirik.

Material və metodika: Tədqiqatın obyekti Qonaqkimilər – Passifloraceae fəsiləsinin Passiflora L. cinsinə aid P.morifolia Mast. sarmaşan bitki növüdür. Tədqiqatlar Abşeron yarımadasında həyata keçirildiyi üçün obyektin müəyyənləşdirilməsi məqsədilə yarımadanın torpaq və iqlimi haqqında bəzi məlumatlar verilmişdir. Abşeron yarımadası Böyük Qafazın Şərq hissəsində və Xəzər dənizinin qərb sahilində yerləşir. Yarımadanın relyefi əsasən quru yarımsəhra və çöl iqliminə məxsus yarğanlar, çökəklər erizon, abrazion dəyişikliklər, parçalanmalar, çöl formaları xarakterikdir. İqlim mülayim isti quru subtropikdir. Abşeron yarımadası ölkəmizin ən az yağıntılı və ən kiçik ərazilərindəndir. Ərazinin rəngarəng müxtəlifliyi var, səhra, yarımsəhra, bozqır və çəmən-boz , boz qonur, şorakətvarı-boz, boz-qonur, şabalıd, dağ şabalıdı və s. kompekslər yayılmışdır. İlk introduksiya işləri toxumları Avstraliya Botanika bağından gətirilən növ üzərində Dendrarinin təcrübə sahəsində həyata keçirilmişdir. Fenoloji müşahidələr bütün mövsüm ərzində İ.N.Beydeman və Z.P.Lapinanın metodlarına əsaslanaraq aparılmışdır. Torpaq qumludur. İlkin mərhələdə bitki gündəlik, sonrakı inkişaf mərhələsində 3-4 gündən bir suvarılırdı. Toxumun cücərmə faizi laboratoriya şəraitində Petri fincanında, açıq sahədə isə 30 gün müddətinə təyin edilmişdir. T.A.Rabotnovun və A.A.Uranovun ontogenezin diskret təsviri konsepsiyasından istifadə etməklə bitki fərdlərində inkişaf mərhələləri xarakterizə olunmuşdur.

Bədəlova Vüsalə Nəriman qızı,

Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutu

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Dekabr 2019
S M T W T F S
« Jul    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 15
  • 14
  • 606
  • 2,139
ILK-10 Azeri Website Directory