Kürdəmirdə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təntənəli bayram şənliyi keçirilib

Mayın 31-də rayonun Qələbə parkında Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə bayram şənliyi təşkil olunub.
     Tədbirdə Kürdəmir  Rayon İcra Hakimiyyətin Başçısının müavini Vəsilə Əsgərli, təhsil və mədəniyyət işçiləri , rayonun ümumtəhsil məktəblərinin şagirdləri və uşaq bağçalarının kollektivləri öz körpə fidanları ilə ıştirak ediblər.

    Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli körpə fidanları öz ürək sözlərilə təbrik edərək söyləyib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidir” tələbi ölkədə real tətbiqini tapır. Bu işdə Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər, görülən işlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Mehriban  xanım  Əliyeva uşaqların problemlərinə böyük diqqətlə yanaşır,  onların hərtərəfli inkişafı,  keyfiyyətli təhsil,  yüksək standartlara  cavab  verən  tibbi   xidmətlərlə   təmin  olunması istiqamətində önəmli layihələr həyata keçirir.
  Tədbirdə   bir   qrup   istedadlı   uşaqlara   və   idmançılara  fəxri fərmanlar və diplomlar təqdim olundu.
   Bağça uşaqları və  məktəblilərin tədbirdə nümayiş etdirilən əl işlərindən ibarət rəsm sərgisi də iştirakçılar tərəfindən maraqla qarşılanıb.
   Tədbir  uşaqların ifalarında təqdim olunan maraqlı mahnı və rəqslərlə başa çatıb.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
İyul 2019
S M T W T F S
« Jun    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 14
  • 8
  • 694
  • 2,714
ILK-10 Azeri Website Directory