Naxçıvanda Türkiyə ilə birgə döyüş atışlı taktiki təlimi keçiriləcək

İyun ayının 7-dən 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimə hazırlıq çərçivəsində iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.

Bayraqdəyişmə mərasimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə – Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. 

Eyni zamanda, Türkiyə Respublikasının bayraq taqımı da Qars şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yürüş edib.

“Ümid” körpüsü üzərində Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasimi keçirilib.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 71
  • 14
  • 567
  • 1,359
ILK-10 Azeri Website Directory