Şəhid mayorumuz dəfn edildi

Ermənilərin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov dəfn edilib.

ONA-nın şimal-qərb bürosunun verdiyi məlumata görə, A.Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.

*** 10:12

Ermənilərin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarovla vida mərasimi keçirilir.

ONA-nın şimal-qərb bürosunun verdiyi məlumata görə, mayın 30-u səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində, düşmən tərəfindən açılan snayper atəşindən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1983-cü il təvəllüdlü mayor Aqil Akif oğlu Omarovun nəşi bu gün səhər saatlarında ata yurdu olan Qax rayonu Lələpaşa kəndinə gətirilib. Vida mərasimində hərbi qulluqçular, rayon rəhbərliyi, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edir.

A.Omarov Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, şəhid hərbi qulluqçu ailəli olub, 2 oğlu var.

Şərh bildirməyə icazə verilmir.

Arxiv
Təqvim
Avqust 2019
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Statistika
  • 0
  • 20
  • 15
  • 247
  • 1,482
ILK-10 Azeri Website Directory